Rəylər
2026
- Atmosferə uyğun mahnı qoyNaiq BabayevNaiq Babayevin birinci kitabı “Kor nöqtə” məni nə qədər məmnun etmişdisə, ikinci kitabı o qədər kefimi pozdu. Məni ilk vuran, ətimi tökən, oxu zövqümü əlimdən alan məsələ müəllifin işlətdiyi ofis dili oldu. “Pleylist”, “slim fit”, “müzik-bar”, “kofeşop”...
- Altı ay, altı gün, altı saatŞamxal HəsənovBu roman yazıçılar üçün dərslikdir, məktəbdir. Yazıya marağı olan, yazı ilə əlləşən hamı bu kitabı mütləq oxumalıdır, çünki Azərbaycan dilini bilməyən müəlliflə Azərbaycan dilində düşünməyən redaktor əl-ələ verib, köməkləşib və yazarkən edilməməli olan hər şeyi göstərən mətn ərsəyə gətirib.
- Ölüdaşıyanlar üçün təlimat kitabıFuad İsayevFuad İsayevin “Ölüdaşıyanlar üçün təlimat kitabı” çoxdanışan adam təəssüratı yaradır. Roman 1992-ci ilin xaosunda atasını axtaran Qara adlı personajın hekayəsini nəql edir. Əsərin ən diqqət çəkən tərəfi onun formalaşdırdığı boz və yağışlı atmosferdir. Müəllifin yaratdığı bu rəngsiz dünya həmin dövrlərin ruhuna yaraşır. Bozluğun içində mistik funksiya daşıyan “Bənövşəyi Maşın” və “Çəhrayı Qoyun” təzadı maraqlı bədii tapıntıdır.
2025
2024
- Taxta məktubÜlviyyə Tahirin romanı barədə“Taxta məktub” əsərində Ülviyyə Tahir sovet hakimiyyətinin qurulması illərində baş verən repressiya və talanları azyaşlı qız uşağının dilindən verir. Bu artıq özlüyündə müəllif üçün çətin tapşırıq deməkdir və Ülviyyə xanım işin öhdəsindən yaxşı gəlib. Belə ki, kitabın əvvəllərində...
- Zülmətdə alatoranRasim QaracaMüasir Azərbaycan şeirlərindən mənə ən çox təsir edən və elə yəqin ki, ən sevdiyim şeir Rasim Qaracanın “Siz, ey ordakılar” şeiridir. Heç kim inciməsin, o, ən yaxşısıdır!.. Heyif ki, bu yazı o şeir haqqında deyil, yoxsa ürəyimcə tərifləyərdim. Düzü, elə haqqında...
- Nikola Boneni Şərqə aparan hekayəSeymur OrucKitablar məndə hansı təəssüratı oyadırsa, barəsində yazını da o təəssüratla yazıram. Təəssüratımı aşağıda yazacağam, ancaq oxuduqca beynimdə təkrarlanan bir fikir var, icazənizlə, onu birinci paylaşıram: gərək, bilmədiyin şeylər haqqında roman yazmayasan...
- Od adamların nəğməsiFuad İsayevBu kitaba hekayələr toplusundansa müəllifin cəhdləri demək daha doğru olardı. Mənə elə gəldi ki, Fuad İsayev bir neçə janrı, üslubu və formanı yoxlamaq üçün yazılar yazıb, sonra kitab formasında nəşr etdirib. Nəşr demişkən, kitab...
- Keçilərin nəğmələriRəşad SəfərKitabın ən üstün cəhətini birinci yazıram: çox keyfiyyətsiz çap olunub. Qanun Nəşriyyatının öz işinə ənənəvi yanaşması oxu zövqünü hər səhifədə bir az daha aşağı salır. İndi isə romanın özü barədə…
2023
- Kor nöqtəNaiq Babayev“Kor nöqtə” iddiasız (bəlkə, bir az da darıxdırıcı) başlayıb çox maraqlı davam edən və tez-bazar bitməsilə oxucunun qanını qaraldan oxunaqlı, fərqli, dəyərli romandır. Naiq Babayev sadə bir sujet xəttilə nələr etmək mümkün olduğunu...
- MəhsətiMaha (Cavi Dan)Məhsəti Gəncəvinin əsas obraz olduğu bir roman yazmaq cəsarət tələb edir. Haqqında çox az şey bildiyimiz şairimizi romanda canlandırmaq, rübailərinin hansı ilhamdan yarandığını göstərməyə çalışmaq olduqca maraqlı fikirdir və bu çətin işin öhdəsindən gəlmək xüsusi məsuliyyət tələb edir. Bu baxımdan müəllifi təbrik edirəm...
- İtvuranƏyyub QiyasBu kitabı oxumağı və ümumiyyətlə, belə bir kitab yazmağı heç kimə tövsiyə etmirəm. Haqqında da uzun-uzadı yazmaq fikrindən uzağam, çünki yazılacaq elə bir şey də yoxdur. Kitabdakı hekayələrin məzmunu cılız, sujeti zəif, təsvirlər solğun gəldi mənə. Ola bilər ki, Əyyub Qiyas yazıçı olaraq çox yüksək mövqelərdə dayanır, ola bilər ki...
2022
- Qızılbaşlar: OyanışXan Həsənin romanı barədəXan Həsənin istedadına bələdəm, bilirəm ki, onun çağdaş Azərbaycan ədəbiyyatına gözəl əsərlər bəxş etmək potensialı var. Bundan əminəm! Lakin onun “Qızılbaşlar” romanının birinci kitabı olan “Oyanış” barədə münasibətim heç özümün...
- AmanabəndCavid Ramazanov“Amanabənd” Cavid Ramazanovun ilk romanıdır. Arzu edirəm, bu kitab yazıçının ən zəif əsəri olar. Romanda müəllif maraqlı taktikalar və yeniliklərdən istifadə edib. Müəllifin təhkiyəsi qətiyyən pafoslu deyil, əsas obrazın (İlyas) öz daxilində yaşadığı ziddiyyətlər maraqlı təsvir olunur, obraz öz-özünə düşünüb özünü danlayarkən, yaxud...
- Qanadsız mələkAysel ŞıxlıAysel xanımla kitabı müzakirə etdik, daha doğrusu, “Dartanyanlar” kitab klubu müəlliflə görüş təşkil etmişdi, mən də uzaqdan-uzağa qoşulub fikirlərimi çatdırdım. İradları səmimi qəbul etməsi, mədəniyyəti və sadəliyi ilə Aysel xanım mənə olduqca xoş...
- Qanadlı körpüAtaqamBir-birindən maraqlı on hekayənin olduğu kitabdır “Qanadlı körpü”. Ataqam bəy gəzdiyi ölkələrdə gördüklərindən, başına gələnlərdən və eşitdiklərindən hekayələr uydurub, lakin onların dili qətiyyən quru əhvalat tərzində deyil. Kitab 2019-cu ildə Köhlən nəşriyyatında ortabab keyfiyyətdə çap olunub...
- Şükriyyə taleyimÜlviyyə Tahirİnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla, səbirlə, ümidlərlə vidalaşmalı olursan, bunların içində, məncə, ən ağırı – sevdiyin insanlarla vidalaşmaqdır...
- Qaranlığın personajıRüstəm ŞəfizadəBütün gənc müəlliflər kimi Rüstəm Şəfizadənin də problemi yaxşı redaktor tapa bilməməkdir, görünür. Kitab, demək olar ki, redaktə olunmayıb, korrektə də hakəza. Bu baxımdan mətni oxumaq bir az səbr tələb edir, bəzi yerlərdə axıcılıq pozulur, təkrara...
2021
- ŞeyxSahilə YayaBu kitabda sənət filmi “dadı” var. Oxucunu “vay dədə, niyə belə oldu?”, “görəsən, indi nə baş verəcək?”, “indi necə olacaq?” kimi suallar düşündürmür, vərəqləri çevirmək üçün adamdan səbir tələb edir, bunun əvəzində kitab başqalarının dünyaya baxışı və dini dünyagörüşünü yenidən götür-qoy etməyə, həmçinin insanın öz...
- Səs və ya QırmızıŞamxal HəsənovBu romanı oxumaq xüsusi zövq tələb edir və adama xüsusi zövq verir. Ümumiyyətlə, Şamxalın üslubu belədir. Elə ilk cümlələrdən romanı oxuyub getmək, cümlələrin üstündən aşıb “görəsən nə baş verir” deyə tələsmək istəyirsən, ancaq bəlağətli və peşəkar yazı stili buna imkan vermir...
- Orion 51Ruzigar ƏləkbərRuzigar Ələkbərin “Orion 51” romanı fentezi (elmi-uydurma) janrında yazılmış, yumşaq desək, qəribə romandır. Roman Üçüncü Dünya müharibəsindən sonrakı dövrdə “yaşayan” Lefteris adlı qəhrəmanın başına gələnlərdən bəhs edir və məncə...
2020
2019
2018
- Karl Saqan – İblislərlə dolu dünya elmin şam işığındaYalçın İslamzadənin tərcüməsiDeyirdilər, hündür evlərin damında görünür, bəzən də uzaqda, göyün qaranlığında dayanıb işıq saçır. Ən çox məhərrəmlikdə, deyəsən, lap aşurada gəlirdilər. O vaxtlar “yadplanetlilər” sözü bizə tanış deyildi və hələ ki, “uzaylılar” yox, “uçan tarelkalar” sırınmışdı dilimizə...
- Sola dönmək qadağandırCəlil CavanşirKitaba yaxın olan adamlar bu sualı bir-birlərinə tez-tez verir: “Nə oxuyursan?” Elə cavab da tez-tez dəyişir, gah “Heyvanıstan” (C. Oruell), gah “Varlığın dözülməz yüngüllüyü” (M. Kundera), gah “İdiot” (F. Dostoyevski), gah da “indi heç nə” olur...