Mətnə keç
Vüsal Aydın

Haqqında

Vüsal Aydın
Foto: Əlif Cahangirli

Vüsal Aydın 1985-ci ildə doğulmuş Azərbaycan yazıçısıdır. “Doktor Səid” romanının, “Dostum cin”, “Görəcəksiniz” və başqa hekayələrin müəllifidir.

“Doktor Səid” intihar hadisələrini araşdıran, bu ümumbəşəri problemin kökünü “niyə?” sualında axtaran üç hissəli romandır. Romanın birinci hissəsi ilk dəfə 2017-ci ildə Qanun nəşriyyatında “Dr. Səid – Bir milyonluq xəyanət” adı ilə çap olunub. Sonralar Mücrü nəşriyyatı onu ikinci hissə ilə, “Dr. Səid – İkinci ruhun kölgəsi” ilə bir yerdə nəşr edib. Bu gün roman Strauss nəşriyyatında yeni adla işıq üzü görür. İkinci hissə 2026-cı ildə “Doktor Səid. İkinci kitab” adı ilə nəşr olunub, birinci hissə də yeni nəşrdə “Doktor Səid. Birinci kitab” adlanacaq.

Hekayələri və publisistik yazıları dövri mətbuatda dərc olunub. Azərbaycan ədəbiyyatı nümunələri barədə yazıları isə bu saytda mütəmadi yayımlanır.

Tibb təhsili alıb. 2016-cı ildən həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçrədə yaşayır.