Mətbuat
Müsahibələr və çıxışlar
“Söz ehtiyatının azlığı savadsızlıq göstəricisi deyil”
Dildarlar
Aparıcılar Kübra Fərəc və İmran Əliyev
“Digital yerlilər” kimdir? Nəsillər arası fərq və təhsil
İctimai Televiziya, “Müasir Azərbaycan gənci” – MAG
Aparıcı Kübra Fərəc
Azərbaycan ədəbiyyatı dünyaya necə çıxa bilər?
İctimai Radio, “Can Azərbaycan”
Aparıcı Pərvanə Nadirqızı, rejissor Zümrüd Rüstəmova
Yazıçılıq, ədəbiyyat və əcnəbilərin dilimizə münasibəti
AzeContent
Aparıcı Nigar Abbasova, layihə rəhbəri Suzan Kərimova
Rəylər
“Bu romanı illər əvvəl oxusam da, hələ də təsirindəyəm. Yerli müəlliflərdən, müasir Azərbaycan romanlarından kiməsə kitab tövsiyə etdikdə ilk ağlıma gələn əsərlərdəndir. Bu, Vüsal bəyin ilk əsəri olsa da, həm mövzusunu, həm dilini çox bəyənmişdim. Əminəm ki, kitabla tanış olan hər kəs dediklərimi təsdiq edər”.
“İntihar mövzusunda roman yazmaq həssas və dərin analiz tələb edir. Vüsal Aydının bu romanı fərdi və sosial aspektləri, psixoloji və fəlsəfi düşüncələri ustalıqla bir araya gətirir. Ədəbi üslubunun yumşaqlığı oxucuya dərindən təsir edir. İlk səhifələrdən müəllifin mövzuya etik yanaşdığını və mütəxəssislərlə məsləhətləşdiyini görmək mümkündür. Bu səbəbdən yazıçıya xüsusi təşəkkür edirəm”.
“Məncə, “Bir əsərə müəlifdən sonra ən yaxşı bələd olan kimdir?” sualına rahatlıqla “Redaktor” cavabını vermək mümkündür. Bu romanda yazıçının – Dr. Vüsalın iki əsas uğuru var: birincisi, baş obrazın işdə qarşılaşdığı tıxanmalarla onun daxili dünyasını məharətlə yoğurmasıdır; ikincisi, hər obrazın ayrıca dünya olması. Təhkiyənin cazibəsi redaktorun belə fikrini yayındırır, mətndən ayrılmaq istəmirsən, “redaktor”dan “oxucu”ya adlayıb sətirləri zövqlə qovalayırsan, sonra da haradasa ayılır, geri – təshihə qayıdırsan.”
“Əsərin ən gözəl cəhətlərindən biri də bu qədər intihar hadisələrinin arasında belə oxucunu pessimist deyil, pozitiv ruha kökləməsi və kitabdan ağır düşüncələrlə ayrılmasına qətiyyən yol verməməsidir”.
“Dərin zəka, hərtərəfli intellekt, müasir yanaşma və bədii təxəyyülün harmoniyası olan “Doktor Səid”in nə zamansa dünya bestsellerləri siyahısında olacağına şübhə etmirəm”.
“Vüsal Aydının yazıçı kimi xüsusi özəlliyi ədəbiyyatın irrasionallıq dumanında itib-batmaması, zamanında məsələnin fövqünə qalxıb üfüqə boylana bilməsidir. Klassik şablonlarda boğulan ədəbi mühit və reforma ehtiyacı olan ədəbiyyatın boynundan fonendoskop asılan bir obraz – Doktor Səid ehtiyacı var”.
“Özünəməxsus personajlar izdihamından təxəyyülün və istedadın qoxusu açıq-aydın hiss olunur. Görünməz əllər real obrazlara şahmat fiqurları kimi toxunur... Doktor Səid məni öz dünyasına dəvət edərkən xəbərdarlıq etdi: burada bir az ağıl işlətmək lazımdır. Ona həm həsəd aparıram, həm də yazığım gəlir”.
“İntihar, yoxsa cinayət?! Oxucunu hadisələrə Doktor Səidin iti gözləri ilə baxmağa məcbur edən və bu sualı hər səhifədə yenidən düşündürən “Bir milyonluq xəyanət” insan psixologiyasının ən qaranlıq guşələrinə işıq salır. Bu roman hüquqi baxımdan da son dərəcə maraqlı və oxunaqlı əsərdir”.
Videolar
Dr. Səid - İkinci ruhun kölgəsi romanı haqqında Oxuduğum ilk detektiv roman - Dr. Səid Vüsal Aydın "Dr. Səid" (Bütün intiharlar cinayətdir) Vüsal Aydın "Dr. Səid", Tina Valles "Bir ağacın yaddaşı" Vüsal Aydın - "Dr.Səid: İkinci ruhun kölgəsi" kitab təhlili, müzakirəsi və hədiyyə kitab | 2021 Vüsal Aydının Dr. Səid trilogiyası Kitab təhlili | Vüsal Aydın - Dr. Səid / Bir milyonluq xəyanət Doktor Səidi görməm lazım:) "DR Səid" İkinci ruhun kölgəsi /Vüsal Aydın/ - 2-ci kitab.