Yazılar
2026
- RəyAtmosferə uyğun mahnı qoyNaiq BabayevNaiq Babayevin birinci kitabı “Kor nöqtə” məni nə qədər məmnun etmişdisə, ikinci kitabı o qədər kefimi pozdu. Məni ilk vuran, ətimi tökən, oxu zövqümü əlimdən alan məsələ müəllifin işlətdiyi ofis dili oldu. “Pleylist”, “slim fit”, “müzik-bar”, “kofeşop”...
- RəyAltı ay, altı gün, altı saatŞamxal HəsənovBu roman yazıçılar üçün dərslikdir, məktəbdir. Yazıya marağı olan, yazı ilə əlləşən hamı bu kitabı mütləq oxumalıdır, çünki Azərbaycan dilini bilməyən müəlliflə Azərbaycan dilində düşünməyən redaktor əl-ələ verib, köməkləşib və yazarkən edilməməli olan hər şeyi göstərən mətn ərsəyə gətirib.
- RəyÖlüdaşıyanlar üçün təlimat kitabıFuad İsayevFuad İsayevin “Ölüdaşıyanlar üçün təlimat kitabı” çoxdanışan adam təəssüratı yaradır. Roman 1992-ci ilin xaosunda atasını axtaran Qara adlı personajın hekayəsini nəql edir. Əsərin ən diqqət çəkən tərəfi onun formalaşdırdığı boz və yağışlı atmosferdir. Müəllifin yaratdığı bu rəngsiz dünya həmin dövrlərin ruhuna yaraşır. Bozluğun içində mistik funksiya daşıyan “Bənövşəyi Maşın” və “Çəhrayı Qoyun” təzadı maraqlı bədii tapıntıdır.
2025
- HekayəDostum cinSən demə sinif yoldaşım məni cinlə tanış edəcəkmiş. Uzun-uzadı ismarışlar yazırdı: “çox vacib sözüm var”, “dəhşət şeylər olub”, “mütləq görüşək”, nə bilim nə. Mən də, nə yalan deyim, görüşmək istəmirdim. Axırıncı dəfə keçən yay görüşmüşdük və özümə söz vermişdim ki, bir də heç vaxt Tofiqlə görüşməyəcəyəm. Çünki...
- RəySolğunƏşrəf ƏrənBu kitabın hətta mövzusu belə adamın üzünü güldürür: Gəncədə yaşayan üç yüz yaşlı vampirin başına gələn əhvalatlar. Hadisələr pandemiya vaxtına təsadüf edir və əhvalatı bizə adını bilmədiyimiz baş qəhrəman birinci şəxsin dilindən nəql edir. O, vaxtaşırı donor dəyişən...
2024
- RəyTaxta məktubÜlviyyə Tahirin romanı barədə“Taxta məktub” əsərində Ülviyyə Tahir sovet hakimiyyətinin qurulması illərində baş verən repressiya və talanları azyaşlı qız uşağının dilindən verir. Bu artıq özlüyündə müəllif üçün çətin tapşırıq deməkdir və Ülviyyə xanım işin öhdəsindən yaxşı gəlib. Belə ki, kitabın əvvəllərində...
- RəyZülmətdə alatoranRasim QaracaMüasir Azərbaycan şeirlərindən mənə ən çox təsir edən və elə yəqin ki, ən sevdiyim şeir Rasim Qaracanın “Siz, ey ordakılar” şeiridir. Heç kim inciməsin, o, ən yaxşısıdır!.. Heyif ki, bu yazı o şeir haqqında deyil, yoxsa ürəyimcə tərifləyərdim. Düzü, elə haqqında...
- RəyNikola Boneni Şərqə aparan hekayəSeymur OrucKitablar məndə hansı təəssüratı oyadırsa, barəsində yazını da o təəssüratla yazıram. Təəssüratımı aşağıda yazacağam, ancaq oxuduqca beynimdə təkrarlanan bir fikir var, icazənizlə, onu birinci paylaşıram: gərək, bilmədiyin şeylər haqqında roman yazmayasan...
- RəyOd adamların nəğməsiFuad İsayevBu kitaba hekayələr toplusundansa müəllifin cəhdləri demək daha doğru olardı. Mənə elə gəldi ki, Fuad İsayev bir neçə janrı, üslubu və formanı yoxlamaq üçün yazılar yazıb, sonra kitab formasında nəşr etdirib. Nəşr demişkən, kitab...
- RəyKeçilərin nəğmələriRəşad SəfərKitabın ən üstün cəhətini birinci yazıram: çox keyfiyyətsiz çap olunub. Qanun Nəşriyyatının öz işinə ənənəvi yanaşması oxu zövqünü hər səhifədə bir az daha aşağı salır. İndi isə romanın özü barədə…
2023
- RəyKor nöqtəNaiq Babayev“Kor nöqtə” iddiasız (bəlkə, bir az da darıxdırıcı) başlayıb çox maraqlı davam edən və tez-bazar bitməsilə oxucunun qanını qaraldan oxunaqlı, fərqli, dəyərli romandır. Naiq Babayev sadə bir sujet xəttilə nələr etmək mümkün olduğunu...
- RəyMəhsətiMaha (Cavi Dan)Məhsəti Gəncəvinin əsas obraz olduğu bir roman yazmaq cəsarət tələb edir. Haqqında çox az şey bildiyimiz şairimizi romanda canlandırmaq, rübailərinin hansı ilhamdan yarandığını göstərməyə çalışmaq olduqca maraqlı fikirdir və bu çətin işin öhdəsindən gəlmək xüsusi məsuliyyət tələb edir. Bu baxımdan müəllifi təbrik edirəm...
- RəyİtvuranƏyyub QiyasBu kitabı oxumağı və ümumiyyətlə, belə bir kitab yazmağı heç kimə tövsiyə etmirəm. Haqqında da uzun-uzadı yazmaq fikrindən uzağam, çünki yazılacaq elə bir şey də yoxdur. Kitabdakı hekayələrin məzmunu cılız, sujeti zəif, təsvirlər solğun gəldi mənə. Ola bilər ki, Əyyub Qiyas yazıçı olaraq çox yüksək mövqelərdə dayanır, ola bilər ki...
- Məqalə“Da-də” problemi və asan həlli yollarıBaşımızın bəlası “da-də”nin nə zaman ayrı, nə zaman bitişik yazılacağını bilmək üçün yadda qalmayan, qismən çətin qrammatik qaydası belədir: “da-də” cümlədə yerlik hal şəkilçisi və zərf düzəldən şəkilçidirsə, dilimizdəki digər bütün şəkilçilər kimi bitişik yazılır, lakin köməkçi nitq hissəsi, yəni ədat kimi işlədildikdə...
2022
- RəyQızılbaşlar: OyanışXan Həsənin romanı barədəXan Həsənin istedadına bələdəm, bilirəm ki, onun çağdaş Azərbaycan ədəbiyyatına gözəl əsərlər bəxş etmək potensialı var. Bundan əminəm! Lakin onun “Qızılbaşlar” romanının birinci kitabı olan “Oyanış” barədə münasibətim heç özümün...
- RəyAmanabəndCavid Ramazanov“Amanabənd” Cavid Ramazanovun ilk romanıdır. Arzu edirəm, bu kitab yazıçının ən zəif əsəri olar. Romanda müəllif maraqlı taktikalar və yeniliklərdən istifadə edib. Müəllifin təhkiyəsi qətiyyən pafoslu deyil, əsas obrazın (İlyas) öz daxilində yaşadığı ziddiyyətlər maraqlı təsvir olunur, obraz öz-özünə düşünüb özünü danlayarkən, yaxud...
- RəyQanadsız mələkAysel ŞıxlıAysel xanımla kitabı müzakirə etdik, daha doğrusu, “Dartanyanlar” kitab klubu müəlliflə görüş təşkil etmişdi, mən də uzaqdan-uzağa qoşulub fikirlərimi çatdırdım. İradları səmimi qəbul etməsi, mədəniyyəti və sadəliyi ilə Aysel xanım mənə olduqca xoş...
- RəyQanadlı körpüAtaqamBir-birindən maraqlı on hekayənin olduğu kitabdır “Qanadlı körpü”. Ataqam bəy gəzdiyi ölkələrdə gördüklərindən, başına gələnlərdən və eşitdiklərindən hekayələr uydurub, lakin onların dili qətiyyən quru əhvalat tərzində deyil. Kitab 2019-cu ildə Köhlən nəşriyyatında ortabab keyfiyyətdə çap olunub...
- RəyŞükriyyə taleyimÜlviyyə Tahirİnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla, səbirlə, ümidlərlə vidalaşmalı olursan, bunların içində, məncə, ən ağırı – sevdiyin insanlarla vidalaşmaqdır...
- RəyQaranlığın personajıRüstəm ŞəfizadəBütün gənc müəlliflər kimi Rüstəm Şəfizadənin də problemi yaxşı redaktor tapa bilməməkdir, görünür. Kitab, demək olar ki, redaktə olunmayıb, korrektə də hakəza. Bu baxımdan mətni oxumaq bir az səbr tələb edir, bəzi yerlərdə axıcılıq pozulur, təkrara...
2021
- RəyŞeyxSahilə YayaBu kitabda sənət filmi “dadı” var. Oxucunu “vay dədə, niyə belə oldu?”, “görəsən, indi nə baş verəcək?”, “indi necə olacaq?” kimi suallar düşündürmür, vərəqləri çevirmək üçün adamdan səbir tələb edir, bunun əvəzində kitab başqalarının dünyaya baxışı və dini dünyagörüşünü yenidən götür-qoy etməyə, həmçinin insanın öz...
- RəySəs və ya QırmızıŞamxal HəsənovBu romanı oxumaq xüsusi zövq tələb edir və adama xüsusi zövq verir. Ümumiyyətlə, Şamxalın üslubu belədir. Elə ilk cümlələrdən romanı oxuyub getmək, cümlələrin üstündən aşıb “görəsən nə baş verir” deyə tələsmək istəyirsən, ancaq bəlağətli və peşəkar yazı stili buna imkan vermir...
- RəyOrion 51Ruzigar ƏləkbərRuzigar Ələkbərin “Orion 51” romanı fentezi (elmi-uydurma) janrında yazılmış, yumşaq desək, qəribə romandır. Roman Üçüncü Dünya müharibəsindən sonrakı dövrdə “yaşayan” Lefteris adlı qəhrəmanın başına gələnlərdən bəhs edir və məncə...
- Məqaləİntiharda medianın roluMedianın intihar hadisəsini işıqlandırma tərzi ilə cəmiyyətdə intiharların baş vermə sıxlığı arasında əlaqələr var. Bu barədə çoxlu tədqiqat aparılıb və demək olar ki, qəti qənaətə gəlinib. Tədqiqatlar göstərir ki, intihar hadisələrinin çatdırılmasında atılan yanlış addımlar nəticəsində digər insanlarda intihara maraq arta, belə bir halın mümkünlüyü haqqında...
- MəqaləZiyalı, aydın, günaydın…“Babək” filminin lap əvvəllərində Amaliya Pənahovanın canlandırdığı qadın (Cavidanın yoldaşı, adını soraqlaşdım, öyrənə bilmədim, siz bilirsinizsə, yazın, zəhmət olmasa) qılınc döyüşdürən Babəklə Cavidanın yanına gələrək Babəki “günaydın, igid” deyə salamlayır, Babək isə “günaydın, banu” deyir. Məlum məsələdir ki, bu film 1979-cu ildə...
- Məqalə“Viza ver, biz də gələk”Viza nədir? Necə verilir/alınır?Dörd il, yeddi aydır ki, qürbətdəyəm. Bu müddətdə başlıqdakı təklifi yarı zarafat, yarı gerçək (daha çox zarafat kimi deyilən gerçək) formada xeyli dəfə eşitmişəm və çalışmışam ki, viza verməyin nə demək olduğunu izah edim, viza haqqında yaranan yanlış təəssüratı dəyişim...
- MəqaləFüzuli öləcəyini bilmirdimi?Sərdar Aminin sualından çıxan izahatGünlərin bir günü Sərdar Amin mənə ulu şair Məhəmməd Füzulinin məşhur “Pənbeyi-daği-cünun” qəzəlindəki “səhvi” barədə sual verdi, soruşdu ki, qəzəlin elə ilk beytində Füzuli niyə “ölsəm” ifadəsini işlədir, məgər şair öləcəyini bilmirdimi?..
2020
- MəqaləCOVID-19İkinci dalğa | Nələr olacaq?Hazırda (7 noyabr 2020), ölkəmizdə Vətən Müharibəsinə başımız qarışan günlərdə dünyada “COVID-19” pandemiyasının ikinci dalğası başlayır. Rəqəmlər gün-gündən artmaqdadır. Yenidən təcridlər tətbiq olunur, maskalar taxılır, şərtlər sərtləşdirilir. Bəs sonra nə olacaq? Haçana qədər belə gedəcək? Əgər deyilənlərə əməl etməsək, nə baş verəcək?..
- HekayəGörəcəksiniz (keçmiş zamanlarda)2050-ci ilin isti yay günləri gələcək, yəqin ki, son otuz ilin və özündən sonrakı illərin ən isti yayı olacaq. Sonra isə yavaş-yavaş havalar sərinləşəcək. Alimlər iddia edəcək ki, belə getsə, qlobal soyuqlaşma çox təhlükəli həddə çatacaq, Afrikada heyvanlar donub öləcək, okeanları buzlaqlar əvəz edəcək və qarşısı alınmasa, Yer kürəsinin bütün səthi donacaq, bununla da oçağkı canlıların çoxu...
- MəqaləCOVID-19 haqqında“COVID-19” (COronaVIrus Disease of 2019) barədə hələ də belə bir mübahisəli məsələ var, deyirlər ki, məsələn, xərçəngdən ölən adamı niyə “Koronavirusdan öldü” yazırlar, statistikaları niyə süni şəkildə artırmağa çalışırlar? Dünyanın hər yerində statistika belə aparılır: daha əvvəl koronavirus analizi pozitiv çıxan, yəni...
- RəyLaokoon... Laokoon...Kamal AbdullaXalq yazıçısı, akademik Kamal Abdullanın “Laokoon... Laokoon...” əsərini oxudum və o qədər çox “bəyəndim” ki, akademiki “tərifləmək” qərarına gəldim. Şərti şumda kəsək, xırmanda yabalaşmayaq, Kamal Abdulla...
2019
2018
- RəyKarl Saqan – İblislərlə dolu dünya elmin şam işığındaYalçın İslamzadənin tərcüməsiDeyirdilər, hündür evlərin damında görünür, bəzən də uzaqda, göyün qaranlığında dayanıb işıq saçır. Ən çox məhərrəmlikdə, deyəsən, lap aşurada gəlirdilər. O vaxtlar “yadplanetlilər” sözü bizə tanış deyildi və hələ ki, “uzaylılar” yox, “uçan tarelkalar” sırınmışdı dilimizə...
- RəySola dönmək qadağandırCəlil CavanşirKitaba yaxın olan adamlar bu sualı bir-birlərinə tez-tez verir: “Nə oxuyursan?” Elə cavab da tez-tez dəyişir, gah “Heyvanıstan” (C. Oruell), gah “Varlığın dözülməz yüngüllüyü” (M. Kundera), gah “İdiot” (F. Dostoyevski), gah da “indi heç nə” olur...
- HekayəQəhrəmanın qorxusuHekayəmizin qəhrəmanı hündür arxalı, nimdaş oturacağına yayxanıb kompüteri işə saldı. Gün ərzində dostları ilə mübahisə etdiyi süni intellekt mövzusunda yazısına başlamazdan əvvəl daha çox məlumat toplamaq üçün internet mənbələrini araşdıracaqdı. Ona görə, əvvəlcə bu barədə yazılmış məqalələrə göz gəzdirdi. Bəzilərini əvvəlindən yarımçıq qoysa da, bir neçəsini sonacan oxudu. Başını kompüterdən...
2017
- HekayəFeysbuk dostlarıHəkimin feysbuk səhifəsinə ad günündə xeyli adam yazmışdı. Sadə “təbriklər”dən başqa, dostlarının şan-fəşanlı, atəşli, alovlu təbrikləri də az deyildi, “dostum”, “gözəl insan”, “gözəl həkim” kimi müraciətlərlə başlayırdı çoxu, “yüz yaşa”, “Allah səni bizə çox görməsin” kimi arzularla bitirdi. Dəqiq hiss olunurdu ki...
- MəqaləXaricdə yaşamaq. Yaxşısı ilə, pisi ilə…Əgər müvəqqəti də olsa, xaricdə yaşamaq fikriniz varsa, çətinliklərinə qabaqcadan hazır olmalısınız. Başa düşürəm, ürəyinizdən keçir ki, “nə qədər çətin olsa da...”, ancaq hər halda sürprizlər hər zaman xoşagələn olmaya bilər. Bu yazı təkcə mənim deyil, həm də məndən əvvəl xaricdə...
- MəqaləPaxmellik (Hangover, Похмелье)Paxmellik – spirtli içki qəbulundan sonra yaranan postintoksikasiya vəziyyətidir. Yaranma səbəbləri hələlik dəqiq öyrənilməsə də, əsasən, orqanizmdən vitamin və mineralların atılması ilə əlaqələndirilir. Həmçinin, spirtin su itkisinə səbəb olması ilə orqanizmin su-duz mübadiləsi pozulduğundan homeostatik və metabolik...