
Doktor Səid
İkinci kitab
Strauss nəşriyyatı, 2026
Annotasiya
Eşq, incəsənət və ölümün toqquşduğu yerdə başlayan dantevari simmetriya... Bəzən ən bədii cinayətlər intihar pərdəsi arxasında yazılır.
Nəsrinin cansız bədəni hamamda, su ilə dolu vannanın içində tapılır. Qapı zəngləri, şahid ifadələri və rəsmi rəy yalnız bir nəticəyə işarə edir: bu, adi intihardır.
Lakin bir nəfər düşünür ki, bütün intiharlar cinayətdir!
Həqiqəti üzə çıxarmaq istəyən adam dumanlı izləri təqib etməli, cəhənnəmin dibinə getməlidir. Bu çətin güzərgahın yalnız bir bələdçisi var: Arxiv Lövhəsi.
Azadlıq axtaran qadına cəmiyyətin baxışı... Zənginlik və yoxsulluğun insan taleyinə təsiri... Ailə münasibətlərinin qaranlıq künc-bucaqları... Təkcə cinayət yumağının içinə yox, həm də insan psixologiyasının qarışıq labirintlərinə düşən Doktor Səid bu mətndən sağ-salamat çıxa biləcəkmi?