
Doktor Səid
Birinci kitab
Strauss nəşriyyatı, 2024
Annotasiya
“Birinci kitab” sırf özünəqəsd problemi üzərində yazılan ilk azərbaycandilli romanın – “Doktor Səid” romanının birinci hissəsidir. Burada oxucu intihar hadisələrinə “niyə?” sualı verən Səidi tanıyır, onunla birlikdə bu qlobal problemin arxasında duran səbəbləri üzə çıxarmağa çalışır. Baş qəhrəman araşdırdığı hər hadisədə yeni müəmmalarla qarşılaşır, hər pillədə daha dərinə enərək, nəhayət, öz ruhunun qaranlıq məqamları ilə üzləşməli olur.
Doktor Səid intihar hadisələri üzrə mütəxəssisdir. O, qeyri-rəsmi işləyir, fərdi sifarişlər əsasında intiharları, ya da intihar donu geyindirilmiş cinayətləri araşdırır. Amma maraqlıdır ki, ona həvalə edilən ölüm hadisələri həm də bir-biri ilə əlaqəli olur. İndi Səid həm bu hadisələrin müəmmasını tapıb ortaya çıxarmalıdır, həm də bu müəmmaların çox dərinlərdə gizlənən bağlarını...
Əsərdə müəllif öz obrazını “bağışlamır”, onun reallıqdan ayrılıb öz müqəddəs amalı yolunda rahat addımlamağına icazə vermir, əksinə, özünü bütövlükdə intihar hadisələrini araşdırmağa həsr etmiş Doktor Səidi gerçək həyatın zəruri çətinlikləri ilə də sınağa çəkir.