Mətnə keç
Vüsal Aydın

Azğın

C. Cavanşir

C. Cavanşir, “Azğın”

Xan, 2019, 204 səhifə

Seçilən

“Azğın” psixoloji xəstəlikdən və sevgisizlikdən əziyyət çəkən, uşaqlıq travmaları bütün həyatını alt-üst edən bir dəlinin romanıdır. Əsərdə rabitəsizlik kimi görünən məqamlar, bəzi obrazların və əhvalatların xaotikliyi qüsur deyil, bütün bunlar qəhrəmanın psixoloji durumunu anlamaq üçün oxucuya ip ucu ola bilər. Romandakı bütün obrazlar, hadisələr, əhvalatlar qəhrəmanın xəstə təxəyyülünün məhsuludur. Hadisələr müxtəlif zamanlarda baş verdiyi üçün onları anlamaq oxucudan diqqət və hövsələ tələb edir.

Mənbə

Daha çox oxu

Azğın (C. Cavanşir) — Vüsal Aydın