Mətnə keç
Vüsal Aydın

Kor nöqtə

N. Babayev

N. Babayev, “Kor nöqtə”

Parlaq İmzalar, 2023, 248 səhifə

Seçilən

“Belində nə gizlətdiyini düşünürdü... Bıçaq olmamasını arzuladı. Bıçaqlı uşaqlardan bıçaqlı böyüklərdən qorxduğundan daha çox qorxurdu”. Bakının qaranlıq küçələrində öz qaranlıq dünyasının sərhədlərini kəşf edən yeniyetmə ilə işinə həvəssiz yanaşan pedaqoqun baxışları gözdən uzaq məktəblərin birində toqquşur. Yeniyetmə ailə bağlarına qarşı çıxır, ciblərə girir, məktəbə ancaq yatmaq üçün gedir. Pedaqoq isə onu cəmiyyətə qaytarmağın yolları axtarır, lakin çox keçmədən düyünlənib mürəkkəbləşən münasibətləri təhlükəli hal alır. Naiq Babayevin “Kor nöqtə” romanında hər insan kimi ümidlənib səhvlər edən, bəzən coşan, bəzən həyata küsən, istədiklərini hər zaman ürəyincə edə bilməyən qəhrəmanların həyatlarından sarsıdıcı məqamlar hekayələşdirilir. Onların vasitəsilə məktəb və yeniyetmə həyatının görünməyən tərəflərinə şahid oluruq.

Mənbə

Daha çox oxu